ATU-nun Tədris Terapevtik Klinikasında ÜST-ün nümayəndəsi və Azərbaycan ofisinin rəhbəri Hande Harmancının başçılığı ilə klinikada təşkil edilən təlimlərin yekunlarına dair toplantı keçirilib.
COVID-19 xəstəliyinin törədicisi həm birbaşa hava-damcı yolu, həm də əşyalarla və birbaşa təmas yolu ilə yayıldığı üçün yüksək yoluxma qabiliyyətinə malikdir. Ona görə də bir xəstə təxminən 3 nəfəri yoluxdura bilir.
Koronavirus xəstəliyinin gedişatı, digər ölkələrin təcrübələri, verilən proqnozlar onu göstərir ki, daha sərt tədbirlər görülməzsə, vəziyyət tam dəyişə bilər.
Azərbaycanda koronavirusla mübarizə tədbirləri çərçivəsində dövlət səviyyəsində mühüm işlər görülsə də bu məsələdə vətəndaşların üzərinə böyük məsuliyyət düşür.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun ftiziatriya kafedrası Bakıdakı 19 nömrəli poliklinikada “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirib.
Azərbaycanda yeni 2019-nCoV koronavirus şübhəsi olan xəstə aşkarlanmayıb. Əgər belə hal aşkar olunsa, nəzərdə tutulan tibb müəssisələrində lazımi şərait yaradılıb.
Yoğun bağırsağın funksional pozulması olan qıcıqlanmış bağırsaq sindromu zamanı qarında yaranan ağrı və xoşagəlməz hissiyyat defekasiya aktı, onun xarakter və tezliyinin dəyişməsi, yaxud bağırsaq boşalmasının pozulmalarının digər əlamətləri ilə təzahür edir. Xəstəlik zamanı mədə-bağırsaq traktında hər hansı bir üzvi dəyişiklik müşahidə olunmur.