Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir. Heydər Əliyev
30 avqust 2010 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı 18 avqust 2010 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir 13 avqust 2010 Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir. 9 avqust 2010 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır 4 avqust 2010 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir. 4 avqust 2010 Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir
< Əvvəlki səhifə | Növbəti səhifə >
27 yanvar 2009 Salam.Mən 2007-ci ildə 2 saylı Bakı Baza Tibb Məktəbinin mamaçalıq işini bitirmişəm.Elə həmin il Mərkəzi Klinik Xəstəxanada ürək-damar cərrahiyyə şöbəsində tibb bacısı vəzifəsində çalışmışam.lakin asudə vaxtıma çox az zaman qaldığından 3 ay sonra könüllü olaraq işdən azad oldum.Yenidən ali məktəbə hazırlaşmaq istəyirəm.Ona görə asudə zamana ehtiyacım var.Eyni zamanda işə də.Mənim tibb sahəsində 0.5 stafkalıq iş tapa bilməyimə kömək edə bilərsinizmi?Əvvəlcədən təşəkkürümü bildirirəm. 26 yanvar 2009 Mən,Respublika QİÇS-lə Mübarizə Mərkəzində həkim-epidemioloq işləyirəm. Həkim-infeksionist kimi ixtisaslaşmaq istəyirəm.Mənə necə kömək edə bilərsiniz?Köməklik göstərə bilsəniz çox şad olaram. 26 yanvar 2009 Salam.4 il pediatr işləmiş şəxs istehsalat zərurəti yarandığından kardioloq kimi işləmək üçün hansı kursları keçməlidir və necə ay davam edir?Xahiş edirəm ətraflı cavab verəsiniz. 26 yanvar 2009 Salam.Mən 2006-cı ildə tibb təhsilimi bitirmişəm və 2006-cı ilin avqust ayından Bərdə r-n Doğum Evində Anistizioloq-Reanimotoloq vəzifəsində işləyirəm.Hal-hazırda ailəliyəm körpə uşağım var və ailəm Xırdalan şəhərində yaşadığı üçün rayonda qalıb işləməyim çətinliklər törədir.Bunun üçün işimi yaşadığım əraziyə dəyişmək üçün kimə,hara müraciət edim? 23 yanvar 2009 Salam.Mən gözəllik salonuna lisenziya almaq üçün hara və kimə müraciət edə bilərəm.Və hansı sənədlər lazım olacaq?Təşəkkür edirəm. 23 yanvar 2009 Hüquqi şəxs olaraq özəl əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün həmin hüquqi şəxsin mütləq əczaçı olması lazımdır?Yəni lisenziya əczaçıya verilir,yoxsa hüquqi şəxs adına?Bu zaman lisenziya üçün dövlət rüsumu nə qədərdir?Paralel olaraq digər özəl tibb fəaliyyəti ilə məşğul üçün məsələn stomatoloji fəaliyyət növü əlavə lisenziya almaq lazımdır? 21 yanvar 2009 Salam.Mən 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetini bitirdim.2006-2007-cı ildı Topçubaşov adına Elmi Tədqiqat Cərrahiyyə inistitutunda internaturanı keçdim.Və təbii ki,işsizəm.Məni narahat edən bir şey var il ərzində Respublikamızda yüzlərlə tibbi bitirən kadrlarımız var.Və məlum məsələ ki,saysaq bəlkə minlərlə həkimlərimiz bugünə qədər işsiz.Görəsən bu balaca Respublikamıza bu qədər həkim"yetişdirmək"nəyə gərək?Buna STOP deyən olacaq?Tələbata uyğun,qəbul elan olunsa,sözün həqiqi mənasında həkimlər yetişdirilsə,bugünki səhiyyəmiz bu gündə olmaz.Şərt o deyil ki,Dövlət şagirdi tələbə kimi yetişdirsin sonra həkim diplomu verib yola salsın.Şərt savadlı,təcrübəli kadr yetişdirib,sabah da imtahan edib iş yeri ilə təmin etməkdi.Şərt həmin Həkimin sabah xəstələrə şəfa verməsidir.İldə 100 həkim savadlı həkim yetişdirilsə əminəm o zaman xalqımızda şəfalı olacaq,səhiyyəmizdə inkişaf edər.Ümid edək ki,nə zamansa bu kerçəkləşəcək. İnşallah. 21 yanvar 2009 Mən Xəzər universitetinin tibbi biologiya fakültəsində oxuyuram.Bu il qırmızı diplomla bitirirəm.Bilmək istəyirəm ki,özəl universitetləri qırmızı diplomla bitirənlərə Funksional diaqnostika diplomu verilirmi?Təşəkkürlər 19 yanvar 2009 Salam.Üzr istəyirəm,amma məni bir şey maraqlandırır.Mənim bacımda Hepatit C virusu aşkarlanıb.Bildiyiniz kimi onun dərmanı çox bahalıdır.Bu sahədə Səhiyyə Nazirliyi olaraq sizin nə kimi köməyiniz dəyə bilər?Bildiyimə görə Türkiyədə belə xəstələri dövlət öz himayəsinə götürür,bizdə də bu belədirmi?Çox sağ olun. 15 yanvar 2009 Xahiş edirəm bildirəsiniz Azərbaycanın apteklərində Sintez farmanın Xondroitin tabletkalari niyə yoxdur?Atamın bu dərmana ehtiyacı,həm də bu ucuz dərmandır.Amma başqa adda başqa tərkibdə xondroitin olan baha dərmanlar var.20-60 AZN məbləğində. 29/12/2008 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 (72) 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151
© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006-2010 Xəbərlər | Nazirlik haqqında | Hüquqi sənədlər | Sual-Cavab | Əlaqə