Həkimlik peşəsi
öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.

Heydər Əliyev

 

 

 

30 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

18 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

13 avqust 2010
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir.

9 avqust 2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır

4 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

4 avqust 2010
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

 


 



The site of President of Azerbaijan Republic



Yeni sual vermək üçün bura vurun

Diqqət!!! Bu suallar mütəxəssis və səlahiyyətli şəxslər tərəfindən cavablandırılır.


< Əvvəlki səhifə   |  Növbəti səhifə > 

7 iyul 2008
Bir neçə müddət bundan əvvəl KADRLAR ŞÖBƏSİNİN RƏİSİNƏ SORĞU verilmişdir.Şikayətçi uzun müddət bundan əvvəl Tibb Universitetini müəyyən profilli həkim olaraq bitirmişdir.Bitirdikdən sonra onun təyinatı adi qaydada daimi qeydiyyatda olduğu yerə verilmişdir.Bir müddət daimi qeydiyyatda olduğu yerdə uxtisasına uyğun işlədikdən sonra şikayətçi buradan işdən çıxıb başqa şəhərdəki müəyyən dövlət tibb müəssisəsində bir neçə il uxtisasına uyğun çalışmış və sonra bu müəssisədən də işdən çıxmışdır.İxtisasına uyğun son iş yeri olan bu müəssisədən işdən çıxdığı vaxtdan 5 il keçməyib və bu müddət ərzində ixtisasına uyğun işdə çalışmayıb.Belə olan halda şikayətçi uzun illər bundan əvvəl bitirdiyi tibb universitetin rektorundan yaxud universitetin uyğun şöbəsinin rəisindən istənilən razılıq almadan,Bakı Baş Səhiyyə İdarəsinin rəisindən yaxud Bakı Baş Səhiyyə İdarəsinin uyğun şöbəsinin rəisindən hər hansı razılıq almadan,Səhiyyə Nazirinin yaxud Səhiyyə Nazirliyinin uyğun şöbəsinin rəisinin hər hansı razılığını almadan vakant yer haqdakı elanı tibb qəzetində dərc edilmiş ölkə daxilindəki hər hansı şəhərin hər hansı adi dövlət xəstəxanasındakı adi müsabiqədə uyğun sənədləri təqdim etməklə Səhiyyə Nazirinin 143 saylı əmrində təsvir olunmuş qaydada işə düzəlmək üçün iştirak edə bilərmi?Bu sadə suala cavab yazarkən adi müsabiqədə iştirak etmək üçün kiminsə hansısa razılığı lazımdırsa onda bu razılığı almağı məcbur edən sənədin qəbul edilmə tarixini və nömrəsini yazın,lakin başqa soruşulmayan məsələlərə cavab yazmayın.Sorğu sizə ona görə verilmir ki,sorğu müəllifi bu sorğuda verilmiş sualın cavabını özü bilmir(hətta bilməsəydi sizdən asılı olmadan axtarıb tapardı),ona görə verilir ki,işinin nizamlanması vəzifə borclarınız olan səhiyyə sistemində mövcud olan güclü anarxiya ilə bağlı olaraq,keçirilmiş adi müsabiqələrin birində şikayətçiyə qarşı süründürməçilik törətməklə yuxarıda haqqında sözügedən razılıqların verilməli olduğunu göstərən əli hər yerdən üzülmüş müsabiqə komissiyasının sədrinə qarşı hüquqi gedişlər edilə bilsin.Səhiyyə sistemində mövcud olan güclü anarxiya ilə bağlı olaraq sizin belə bir sadə sorğüya adi cavab verə bilməyəcəyiniz tərəfimizdən əvvəlcədən ehtimal olunur,lakin fikrimizdə yanılırıqsa bunu adi cavab yazmaqla (soruşulmamış suallara yox yalnız soruşulan sualların hamısına cavab yazmaqla)isbat edin.Sorğuya nə cavab yazıb-yazmayacağınızdan asılı olmayaraq,yaxud ümumiyyətlə cavab yazıb yazmayacağınızdan asılı olmayaraq,əmin olun ki,siz istədiniz-istəmədiniz fərqi yoxdur,səhiyyə sisteminin azacıq da olsa düzəlməsi üçün müsabiqənin nizamlanması vəzifə borcları olan,lakin qəsdən saxtakarlıq törədən şəxslərin(komissiya sədrlərinin)həkimlər sırasından rədd edilməsi üçün inadla mübarizəni davam etdirəcəyik.Cavab verərkən Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinin özü yazmışdır:Bakı Baş Səhiyyə İdarəsinin rəisİ L.Seyidbəyovaya Vətəndaş F.ƏIiyevin Səhiyyə Nazirliyinin saytına ünvanlandırdığı suallarna aidiyyəti üzrə baxılması və müəllifə cavab vermək üçün Sizə göndərilir.Qoşma:I vərəq.Kadrlar,elm və təhsil şöbəsinin müdiri K.Mehdiyeva,bundan sonra Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın özü Səhiyyə Nazirliyi Kadrlar,Elm və Təhsil şöbəsinin rəisi K.Mehdiyeva tərəfindən ona yönəldilmiş bu məktuba cavab verərkən şəxsən yazmışdır:Vətəndaş F.Əliyev Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin saytına ünvanladiğınız suallara Bakı şəhər Baş Səhiyyə İdarəsində baxılmışdır.Sizin bir daha nəzərinizə çatdırırıq ki,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli,143 sayli əmrinə əsasən həkim və orta tibb işcilərinin işlə təmin olunmasi tibb müəssisələrinin rəhbərləri tərəfindən nəşr orqanlarında elan verilməklə müsabiqə əsasında həyata keçirilir,işə qəbul olunurlar.L.Seyidbəyova görürük ki,Bakı Baş Səhiyyə İdarəsinin rəisinə Səhiyyə Nazirliyi Kadrlar,Elm və Təhsil şöbəsinin rəisi K.Mehdiyeva tərəfindən yönəldilmiş məktuba cavab verərkən Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova şəxsən özü şikayətçi vətəndaşa cəmi 2 cümlədən ibarət cavab yazmışdır və bu cavab məktubuna yazılmış cümlələrin hamısı düzgün qurulmayıb(bu səbəbdən çətin başa düşülürlər),ona görə də deyə bilirik ki,Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova cümlə qurub şikayətə cavab verə bilmir.Lakin məsələ bununla bitmir.Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova şəxsən özü şikayətçi vətəndaşa yazır:Sizin bir daha nəzərinizə çatdiririq ki,Şikayətçi vətəndaş isə gördüyümüz kimi,qətiyyən Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli,143sayli əmrinə əsasən kimlərinsə işlə təmin olunmasının tibb müəssisələrinin rəhbərləri tərəfindən nəşr orqanlarında elan verilməklə müsabiqə əsasında həyata keçirilib-keçirilməməyi haqda sual vermir,ona görə də şikayətçi vətəndaşa bu haqda bir daha nəzərinə çatdırmaqla təkrar-təkrar və yenidən cavab verməyin mənası yoxdur.Bu səbəbdən də hesab edirik ki,Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova şikayətçiyə nə cavab verməyindən özünün xəbəri yoxdur və ola bilsin o bu şikayətçi ilə başqa şikayətçini dəyişik salır.Gördüyümüz kimi şikayətçi vətəndaş Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinin özündən soruşur:Belə olan halda şikayətçi uzun illər bundan əvvəl bitirdiyi Tibb Universitetinin rektorundan yaxud universitetin uyğun şöbəsinin rəisindən istənilən razılıq almadan,Bakı Baş Səhiyyə İdarəsinin rəisindən yaxud Bakı Baş Səhiyyə İdarəsinin uyğun şöbəsinin rəisindən hər hansı razılıq almadan,Səhiyyə Nazirinin yaxud Səhiyyə Nazirliyinin uyğun şöbəsinin rəisinin hər hansı razılığını almadan vakant yer haqdakı elanı tibb qəzetində dərc edilmiş ölkə daxilindəki hər hansı şəhərin hər hansı adi dövlət xəstəxanasındakı adi müsabiqədə uyğun sənədləri təqdim etməklə Səhiyyə Nazirinin 143 saylı əmrində təsvir olunmuş qaydada işə düzəlmək üçün iştirak edə bilərmi?Məsələn belə cavab vermək lazımdır:-Bəli,edə bilər.Yaxud məsələn,belə cavab vermək lazımdır:- Nazirlər kabinetinin filan tarixli (nömrəli)qərarına əsasən vakant yer haqdakı elanı tibb qəzetində dərc edilmiş ölkə daxilindəki hər hansı şəhərin hər hansı adi dövlət xəstəxanasındakı adi müsabiqədə uyğun sənədləri təqdim etməklə Səhiyyə Nazirinin 143 saylı əmrində təsvir olunmuş qaydada işə düzəlmək üçün,məsələn,Səhiyyə Nazirindən xüsusi razılıq alınmalıdır.Yaxud məsələn,belə cavab vermək lazımdır:-Qüvvədə olan filan tarixli qanunverici sənədə əsasən vakant yer haqdakı elanı tibb qəzetində dərc edilmiş ölkə daxilindəki hər hansı şəhərin hər hansı adi dövlət xəstəxanasındakı adi müsabiqədə uyğun sənədləri təqdim etməklə Səhiyyə Nazirinin 143 saylı əmrinə təsvir olunmuş qaydada işə düzəlmək üçün sorğuda adları sadalanmış şəxs və şöbələrin razılığı tələb olunmur.Yaxud məsələn,başqa uyğun cavab vermək lazımdır.Ancaq qətiyyən Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın etdiyi kimi soruşulmamış suala təkrar-təkrar cavab verməklə məsələdən yayınmaq olmaz.Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın soruşulmamış suala təkrar-təkrar cavab verməsi o deməkdir ki,L.Seyidbəyova nəyə cavab verdiyini özü bilmir.Sorğu müəllifinin sorğuya veriləcək cavablara aid belə nümunə göstərməyə məcbur olması halı səhiyyəmizdə mövcud olan anarxiya və süründürməçiliyin bariz nümunəsidir.Bu dərəcədə anarxiya və süründürməçilik olduğuna görə ehtimal edirik ki,Kadrlar,Elm və Təhsil şöbəsinin rəisi də Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyova kimi soruşulmayan suallara cavab verəcək.Ona görə də əvvəlcədən Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinə çatdırırıq ki,şikayətçi vətəndaş qətiyyən Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin 01.12.2005-ci il tarixli,143sayli əmrinə əsasən kimlərinsə işlə təmin olunmasının tibb müəssisələrinin rəhbərləri tərəfindən nəşr orqanlarında elan verilməklə müsabiqə əsasında həyata keçirilib-keçirilməməyi ilə maraqlanmır,ona görə də şikayətçi vətəndaşa cavab yazarkən soruşulmamış suallara cavab yazmayın.Məsələnin başqa tərəfləri də var.Bir tərəfdən sorğu müəllifi sorğuda yazır:Sorğu sizə ona görə verilmir ki,sorğu müəllifi bu sorğuda verilmiş sualın cavabını özü bilmir(hətta bilməsəydi sizdən asılı olmadan axtarıb tapardı),ona görə verilir ki,işinin nizamlanması vəzifə borclarınız olan səhiyyə sistemində mövcud olan güclü anarxiya ilə bağlı olaraq,keçirilmiş adi müsabiqələrin birində şikayətçiyə qarşı süründürməçilik törətməklə yuxarıda haqqında sözügedən razılıqların verilməli olduğunu göstərən əli hər yerdən üzülmüş müsabiqə komissiyasının sədrinə qarşı hüquqi gedişlər edilə bilsin.Konkret olaraq yuxarıda haqqında sözügedən əli hər yerdən üzülmüş şəxs Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın özüdür və şəxsən o özü şikayətçiyə müsabiqədə iştirak etmək üçün tibb universitetinin uyğun şöbəsinin rəisindən Səhiyyə Nazirliyinin uyğun şöbəsinin rəisindən,Bakı Baş Səhiyyə İdarəsinin rəisindən,Bakı Baş Səhiyyə İdarəsinin uyğun şöbəsinin rəisindən xüsusi razılıq almaq lazım olduğunu demişdir və bu səbəbdən də bu sorğu sizə verilmişdir.Konkret bu səbəblərə görə vətəndaş Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın özündən şikayətçidir və belə olan halda vətəndaşların müraciətlərinə baxılma qaydası haqqında Azərbaycan Respublikasının qanununa əsasən(maddə 7,son cümlə)bu sorğunu siz yenidən Bakı Baş Səhiyyə İdarəsinə(yəni haqqında şikayət olunan şəxsin özünə)göndərməyə hüququnuz çatmır.Səhiyyəmizdə güclü anarxiya və süründürməçilik olduğuna görə ehtimal edirik ki,siz yenə də hər hansı üsulla adi cavab verməkdən yayınacaqsınız.Başqa bir tərəfdən sorğu müəllifinin sorğuda yazdığı suallar şəxsən Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinin özünə yönəldilib.Sorğuda qaldırılmış sualları bilmək və bu suallara cavab vermək Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinin adi vəzifə borclarıdır.Buna görə də Kadrlar,Elm və Təhsil şöbəsinin rəisi sorğunu yönəltməməlidir.Sorğuya Kadrlar,Elm və Təhsil şöbəsinin rəisinin özü cavab verməlidir.Sorğuda qaldırılmış sualları bilmək həm də Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovanın adi vəzifə borcları olsa da,sorğunun L.Seyidbəyovaya yönəldiləcəyi halda sorğuya cavab vermək L.Seyidbəyovanın hüquqları daxilində olsa da,Kadrlar,Elm və Təhsil şöbəsinin rəisi şəxsən özünə yönəldilmiş və cavab vermək hüquqları daxilində olan sorğuları daha üstün səlahiyyətlərindən istifadə etməklə Bakı Baş Səhiyyə İdarəsinin rəisi L.Seyidbəyovaya yönəldib onun ciddi yüklənmiş işini daha da çox yükləyib. İşində belə pozuntular yaratmaqda haqlı deyil.Şikayətçinin qaldırdığı,belə olan halda şikayətçi uzun illər bundan əvvəl bitirdiyi Tibb Universitetinin rektorundan yaxud universitetin uyğun şöbəsinin rəisindən istənilən razılıq almadan,Bakı Baş Səhiyyə İdarəsinin rəisindən yaxud Bakı Baş Səhiyyə İdarəsinin uyğun şöbəsinin rəisindən hər hansı razılıq almadan,Səhiyyə Nazirinin yaxud Səhiyyə Nazirliyinin uyğun şöbəsinin rəisinin hər hansı razılığını almadan vakant yer haqdakı elanı tibb qəzetində dərc edilmiş ölkə daxilindəki hər hansı şəhərin hər hansı adi dövlət xəstəxanasındakı adi müsabiqədə uyğun sənədləri təqdim etməklə Səhiyyə Nazirinin 143 saylı əmrində təsvir olunmuş qaydada işə düzəlmək üçün iştirak edə bilərmi?Suala cavab verməniz tələb olunur.fahri1-0@yandex.Səhiyyəmizdə mövcud olan anarxiya və süründürməçiliklə bağlı olaraq bu sorğuya hələ də cavab alınmamışdır,ona görə də təkrarlanır.Cavab ala bilmək üçün daha neçə ay gözləməyin yaxud daha neçə dəfə təkarlamanın lazım olması haqda yazın.

7 iyul 2008
Salam.İki dəfə sizə sual vermişəm axırıncı dəfə 11.02.2008.Amma sizdən cavab almamışam.Belə isə bu internet səhifə kimə lazımdır?Hörmətli Prezidentimiz cənab İlham Əliyev dəfələrlə göstərişlər vermişdir ki,kompyuter-internet sahəsi ciddi şəkildə inkişaf etsin,amma sizin səhifənizdə adi suala cavab almaq olmur.4ay gözlədim,amma cavab vermədiniz.Belə internet səhifənin olmaz olsa yaxşıdır.Özumuz-özümüzü aldatmayaq.Sizə yenə sual verirəm.Cənab Nazir,Mən,Respublikamizin Suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və müxtəlif xəsarətlər almışam.Müharibədən sonra xidmətdə olduğum zaman infarkt keçirmiş və DİN-nin Qospitalında müalicə olunmuşam.Staj illərinə görə pensiyaya çıxarkən XHK-dan kecmişəm.Mənə"Ürəyin işemik xəstəliyi,ateroslrrotik kardioskleroz","Gərginlik stenokardiyası FS 1-2","Hiportaniya xəstəliyi 2 mərhələ B faza","Qan dövranının çatişmazlığı 2 mərhələ","Dissirkkulyator ensafalopatiya"və"Hiportonik andioretinopatiya"diaqnozları təyin olunub.Və uzun müddət müalicə olunandan sonra Naxçivan MR SN HEK-na göndərilmişəm.Bilmək istəyirəm mənə qeyd olunan diaqnozlarla əlillik dərəcəsi düşürmü?

3 iyul 2008
Bakı şəhərindəki xətəxanalarda mühasib vəzifəsində işləmək istəyirəm.Bundan ötrü sizdə iş elanı olurmu?

3 iyul 2008
Bakı Dövlət Universitetinin biologiya fakültəsindən Azərbaycan Tibb Universitetinə köçürmə mümkündürmü?

3 iyul 2008
Salam.Mənim sizə sualım belədir.Mən Azərbaycan Beynəlxalq Universitetinin pediatriya fakultəsini bitirmişəm,həkim pediator infeksionistəm.Hal-hazırda Milli Elmi Tibbi Tədqiqat Profilaktika Institutunda işləyirəm.İstəyirəm ki,mənim əldə etdiyim biliklərin koməyi ilə xalqıma komək edəm.Mən çox istərdim qırmızı xaç ya da qızıl aypara cəmiyyətində çalışam.Bunun üçün nə etməli,kimə müraciət etmək lazımdır?İkinci sualım isə ölkədən kənarda, məsələn,Türkiyə və ya Moskvada kurs kəçmək üçün bilikləri təkmilləşdirmək üçün hara və kimə müraciət etmək lazımdır?

2 iyul 2008
Salam.Şirvan Şəhərindən Təkmilləşmə kursuna göndərilirsəm mənə ezamiyyət pulu hansı məbləğdə verilməlidir?

1.Təkmilləşmə institutunun yataqxanasından isifadə etdiyim və etmədiyim hallarda.

2.Növbəti Kateqoriya almaq üçün imtahanlar nə vaxt keçiriləcək?Xahiş edirəm suallarıma özünüz cavab verəsiniz.


2 iyul 2008
Salam.Satışda olan təbii meyvə şirələri sağlamlığa nə dərəcədə təhlükəlidir?

1 iyul 2008
Salam.Mən stomatologiya haqqında maraqlanıram.Bu barədə nə kimi yeniliklər var?Terapeftik stomatologiya?

25 iyun 2008
Salam.Mən 2003-cü ildə ATU-nun pediatriya fakültəsini bitirmişəm.İxtisasım üzrə hələki işləməmişəm.Tibbi fəaliyyət ilə məşğul olmaq üçün müvafiq tədris müəssisələrində hazırlıq keçmək istəyirəm.Mən bunu harada edə bilərəm?

24 iyun 2008
Salam.Bilmək istəyirəm ki,Biomax CLA(Conjugated Linoleic Acid)Bakıda satılırmı?Bunu hardan əldə edə bilərəm?

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 (54) 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151

< Əvvəlki səhifə   |  Növbəti səhifə > 



© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006-2010
Xəbərlər | Nazirlik haqqında | Hüquqi sənədlər | Sual-Cavab | Əlaqə