Həkimlik peşəsi
öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.

Heydər Əliyev

 

 

 

30 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı

18 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir

13 avqust 2010
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir.

9 avqust 2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır

4 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.

4 avqust 2010
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

 


 



The site of President of Azerbaijan Republic



Yeni sual vermək üçün bura vurun

Diqqət!!! Bu suallar mütəxəssis və səlahiyyətli şəxslər tərəfindən cavablandırılır.


< Əvvəlki səhifə   |  Növbəti səhifə > 

8 mart 2008
Salam.Mən həkim stomatoloqam.Internatura kursunu böyüklər üçün olan stomatoloji poliklinikada keçmişəm.Bilmək istərdim ki,mən uşaq stomatoloji poliklinikalarına və uşaq poliklinikalarına stomatoloq ştatina duzələ bilərəmmi?Sağ olun.

7 mart 2008
.Bildiyim qədər Lənkəranda Neonatoloji Mərkəz yaxın vaxtlarda fəaliyyətə Salam başlayacaq.Hal-hazıra Lənkəranda neonatoloq ixtisaslı həkim demək olar ki,yoxdur.İstehsalat təcrübəsi yarandığı üçün bir neçə həkim-neonatoloq ixtisasına yiyələnmək üçün kursa göndəriləcək.Bilmək istərdim ki,seçim hansı kriteriyalar üzrə aparılacaq?Yaşlı nəsil həkimlərə və ya gənc həkimlərə üstünlük veriləcəkmi?Əvvəlcədən təşəkkürümü bildirirəm.

6 mart 2008
Salam.Mən universiteti bitirdikdən sonra 1 il hərbi xidmətdə sıravi kimi qulluq etmisəm .Bu staj sayılırmı? Və təhsil aldığım müddətdə 3 il orta tibb işçisi kimi fəaliyyətim olub.Bu gələcəkdə təqaüd zamanı nəzərə alınacaqmı?

6 mart 2008
Salam.Mən 2006-cı ildə universiteti bitirmişəm.Hərbi xidmətdən 2007-ci ildə qayıtmışam və 8 aydır ki,iş axtarıram.Hara gedirəmsə boş yer yoxdur və ya mütəxəssis kimi formalaşmamışam kimi cavablar alıram.Təyinatım Bakı Şəhər Baş Səhiyyə İdarəsinə olsa da orada mənə bu iş üzrə səlahiyyətlərimin olmamasını bildirdilər.Sizcəmən nə etməliyəm?(zəhmət olmasa ərizə ilə müraciət edin kimi standart cavab verməyin).Əvvəlcədən təşəkkürümü bildirirəm.

6 mart 2008
Növbəti dəfə həkimlərə ixtisas dərəcəsi verilməsi nə vaxt və hansı sahələrdən olacak,diqqətinizə görə sağ olun.

6 mart 2008
Salam.Ordinatura və aspiranturaya qəbul elanları nə vaxt verilir və imtahanlar necə keçirilir?Öncədən təşəkkür edirəm.

6 mart 2008
Salam.5 fevral 2008-ci il tarixdə ünvanladığım sualı cavablndırdığınıza görə təşəkkür edirəm.Sizə digər sualla müraciət edirəm.Pullu xidmətin 1 fevral 2008-ci il tarixdən ləğv olunmasına baxmayaraq bu xidmət üzrə işləmiş tibb işçilərinin 2008-ci il yanvar ayı üçün aylıq əmək haqqı indiyə qədər ödənilməyib.Bu nə ilə əlaqədardır və kim bu məsələ ilə bağlı cavabdehlik daşıyır?

6 mart 2008
Salam.Sualım belədir ki,yaxın zamanlarda Respublika Uşaq Xəstəxanasına Exo aparatının verilməsi nəzərdə tutulubmu?Çünki öz övladım ürək xəstəsi olduğundan tez-tez bu aparatdan keçməli olur,amma qeyd etdiyim xəstəxanada aparat köhnə olduğundan işləmir.Mən də məcbur olub övladımı özəl tibb müəssisələrinə aparıram.Buna da imkanim çatmır.Xahiş edirəm bu məsələ ilə əlaqədar bir tədbir görəsiniz.

6 mart 2008
Salam. Sizə sualım tibb universitetində ixtisas verilərkən nəyi əsas götürürlər?Bəziləri qiymətlərin,bəziləri kim çox pul versə ən yaxşı ixtisasın ona verildiyini deyir.Bəzi tələbələr oxuduğu müddətdə heç bir savadı olmadan nəyinsə hesabına ən yaxşı ixtisası alırlar.Savadlı tələbə qalır kanarda.İxtisas bölgüsü səhiyyə, yoxsa təhsil nazirliyinin göstərişi əsasında aparılır? Zəhmət olmasa suallarıma aydınlıq gətirəsiz.Əvvəlcədən təşəkkürlər.

6 mart 2008
Salam.Təcili yardım stansiyasına işə qəbul zamanı tibbi bilik səviyyəsini necə əldə etmək olar?

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 (41) 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151

< Əvvəlki səhifə   |  Növbəti səhifə > 



© Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 2006-2010
Xəbərlər | Nazirlik haqqında | Hüquqi sənədlər | Sual-Cavab | Əlaqə