|
Həkimlik peşəsi
öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir.
Heydər Əliyev

30 avqust 2010
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatı
18 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və “Azərsun Holdinq” şirkətinin birgə təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilmişdir
13 avqust 2010
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Marqaret Çen H1N1 qripinin inkişaf mərhələsində postpandemik dövrün başlanması haqqında elan vermişdir.
9 avqust 2010
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Sağlamlıq Mərkəzi”nin yaradılmasına dair sərəncam imzalamışdır
4 avqust 2010
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 4 avqust 2010-cu il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir.
4 avqust 2010
Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilmişdir

|
 |
|
|
|
|

Yeni sual vermək üçün
bura vurun
Diqqət!!! Bu suallar mütəxəssis və səlahiyyətli şəxslər tərəfindən cavablandırılır.
< Əvvəlki səhifə | Növbəti səhifə > 1 avqust 2007
Qan rezusum mənfidir. Mənfi rezus haqda bilgi almaq istəyirəm. Qanımın mənfi resuz olmasının mənə nə kimi ziyanı ola bilər? Mənfi rezusu müalicə etmək olar? Mənfi rezuslu insanların ilk hamiləliyinin yaxşı keçdiyini bilirəm, amma ikincidə problemlər olur. Bu o demekdir ki mən ikinci dəfe sağlam uşaq sahibi ola bilmərəm. Mənim ancaq bir övladım ola bilər? Mənfi rezuslu insanlar en çox necə sağlam uşaq sahibi ola bilərlər? Çox sağ olun!
1 avqust 2007
Səhiyyə Nazirliyinin dövlət elmi kitabxanası harada yerləşir? Əvvəlcədən təşəkkür edirəm.
1 avqust 2007
Mənim 19 yaşım var, və mən 1 il 1 aydır ki evliyəm. Amma bu 1 il ərzində mənim uşağım olmur. Yanı əvvəl bizdə infeksiya tapılıb, hardasa 8 ay biz infeksiyadan müalicə almışıq. Axırıncı 4 aydır ki mənim falekullarimi müalicə edirik amma hələ 1 nəticə yoxdur. Mən 3 ay hormonal dərmanlar içdim. Nəticəsi olmadı. İndi isə həkim mənə fizioterapiya təyin edib. Üzide mənim falekulu mun inkişafına baxıblar, və nəticəyə gəliblər ki, falekul yetişir, amma partlamır və mən 4 aydır ki bunu müalicə etdirirəm. Mənə hətta deyiblər falekul 3 cür olur: 1.Heç olmur 2. Böyüyür partlamır 3. ya da partlayır işi boş olur. Bu üçüncü versiya doğrudur ya yox? İndi mən bilmək istəyirəm ki, mən axıra kimi müalicə etdirim? Bunun xeyiri olacaq, ya suni mayalanma edim? Birdə eşitdiyimə guya suni mayalanmadan əmələ gələn uşaqlar bir az tənbəl, hər şeyi gec qavrayan uşaq olur. Bu belədi?
31 iyul 2007
Mənim 19 yaşım var. Son zamanlar çox əsəbləşirəm və əsəbləsdikdə sanki barmaqlarım simliyir, bir az keyiyir. Əvvəllər belə olmurdu. Sualım budur ki, bu əlamət şəkər xəstəliyinin əlaməti deyilki? Bir de ki, soruşmaq istəyirəm ki, şəkər xəstəliyinin təzə-təzə ilkin əlamətləri necə olur? İkinci sualım budur ki, dostum çek-ap müayinəsindən keçmək istəyir. Harda daha etibarlı yoxlanmaq olar? Çek_up xidmətinin təqribi qiyməti? Çox sağ olun xahiş edirəm ətraflı cavab yazın!
27 iyul 2007
Uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. "Səkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında "Azərbaycan Respublikasının Qanununda göstərilir ki, şəkərli diabet xəstələri lazımı ərzaq məhsulları və özünə nəzarət aparatları ilə təmin olunmalıdır. Xahiş edirəm hansı ərzaq məhsularının və özünə nəzarət aparatlarının haradan və necə alınması haqqında mənə məlumat verəsiniz. Təşəkkür edirəm.
26 iyul 2007
Mənim həyat yoldaşım artıq iki uşaqdır ki, yarımçıq salır. Heç bir müalicə kömək etmir. Xahiş edirəm məsləhət verərdiniz, biz nə etməliyik?
25 iyul 2007
Salam mən ümumi ginekologiyadan ixtisas dərəcəsi almaq üçün imtahan vermək istəyirəm. Xahiş edirəm ki, əgər mən hansısa bir sualdan çətinlik çəksəm kimə müraciət edə bilərəm? Xahiş edirəm mənə kömək edin.
25 iyul 2007
Vitiliqo xəstəliyini hansı xarici ölkədə müalicə etmək mümkündür?
24 iyul 2007
Salam. Artıq bir neçə ildir ki, saçım tökülür. Bunun qarşısını almaq üçün nə edim? Xahiş edirəm kömək edəsiniz.
24 iyul 2007
Salam. 9 aylıq oğlum artıq 3 həftədir ki, öskürür. Əvvəl bərk öskürürdü həkimin yazdığı dərmanlardan sonra bir az düzəlib amma gecələr 2-3 dəfə öskürərək ayılır və ağlayır. Gün ərzində demək olar ki, öskürmür. Qalan hər şey normaldır. Həkim bunun göy öskürək olduğunu deyir. Hələ göy öskürəyə qarşı peyvəndi vurulmayıb amma ana südü içdiyindən xəstəliyin yüngül keçdiyini deyir. Mən bilmək istərdim göy öskürəyin əlamətləri necə olur? Əgər bu göy öskürəkdirsə onda peyvəndi vurdurmaq lazım deyil? Əvvəlcədən minnətdarlığımı bildirirəm.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 (17) 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 < Əvvəlki səhifə | Növbəti səhifə > |
|
|
|
|
|
|